Bank Of Baku

“İslam və qadın” mövzusunda dəyirmi masa keçirilib

“İslam və qadın” mövzusunda dəyirmi masa keçirilib
# 25 fevral 2011 15:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Sülh və Demokratiya İnstitutu “İslam və qadın” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, layihənin rəhbəri Arif Yunus mövzunun əhəmiyyəti barədə danışıb. Sonra Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin (DEVAMM) eksperti Leyla Abbasova məruzəçi qismində çıxış edib. O, islam dinində qadının hüququnun qorunduğunu, təhsil və öz taleyinə aid məsələlərdə müstəqil qərar vermək hüququnun olduğunu, mülkiyyət hüquqlarının tanındığını deyib.

L. Abbasova dində qadının ictimai-siyasi həyatda fəallığına məhdudiyyət qoyulmadığını da söyləyib. Ailə münasibətlərinə gəlincə, islam dini tərəflərin hüquqlarının bərabərliyini diktə edir. Gerçək həyatda yaşanan neqativ hallara gəldikdə, L. Abbasova baş verənlərin islamla bağlılığının olması haqda deyilənləri əsassız adlandırıb: “İstənilən hüquqsuzluğun islama heç bir aidiyyatı yoxdur”.

Daha sonra tədbirdə islam və qadın münasibətlərinin müxtəlif tərəfləri təhlil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR