Bank Of Baku

BMT İnkişaf Proqramı və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Tovuzda qadınların problemlərinə həsr olunmuş dəyirmi masa təşkil edib

BMT İnkişaf Proqramı və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Tovuzda qadınların problemlərinə həsr olunmuş dəyirmi masa təşkil edib
# 26 fevral 2011 09:25 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov-APA. Tovuz rayonunda Birləşmiş Millətlər Təşkilatı (BMT) və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadınların problemlərinə həsr olunmuş dəyirmi masa təşkil edib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, dəyirmi masada qadınların sağlamlığı və məşğulluq imkanları, eləcə də uşaqların sağlamlığı və qidalanması məsələlər müzakirə edilib. Keçirilən tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Baş Məşğulluq Mərkəzinin, həmçinin QHT və özəl sektorun nümayəndələri iştirak ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə keçirilən görüş Azərbaycanda qadınların ictimai statusunun daha da yaxşılaşdırılmasına yönəlmiş uzunmüddətli əməkdaşlığın bir hissəsi kimi BMT-nin cari ildə genderlə bağlı həyata keçirəcəyi digər fəaliyyətlərin təməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR