Bank Of Baku

Almaniyanın Heydelberq Universitetinin professoru ADU-nun alman dili müəllimlərinə seminar keçir

Almaniyanın Heydelberq Universitetinin professoru ADU-nun alman dili müəllimlərinə seminar keçir
# 26 fevral 2011 09:25 (UTC +04:00)
Bakı - APA. Azərbaycan Dillər Universitetinin (ADU) Alman dili fakültəsinin müəllimlərinin təkmilləşmə seminarlarına start verilib.
ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın APA-ya verdiyi məlumata görə, seminarları Almaniyanın Heydelberq Universitetinin professoru Robert Şmitt-Brandt aparır.
“Xarici dilin tədrsinin ilkin metodları”, “Öyrənmə dəyişkənliyi”, “Universal öyrənmə (beyin mərkəzləri)”, “İnsanlarda dilin inkişafı”, “Uşaqlarda dilin inkişafı prosesi (ilkin dil bacarıqları)”, “Yetkin insanlarda dilin inkişafı (ikinci dil bacarıqları)”, “Xarici dilin tədrisinin müasir metodları”, “Tərcümə və tərcümə prosesi”, “Standard dillər və dialektlər”, “Ölkəşünaslıq”, “Dil və yazı” və “Dil , ruh və mədəniyyət” mövzularını əhatə edən alman dili müəllimlərinin təkmilləşmə seminarları 12 həftə davam edəcək. Seminarlara Alman dili fakültəsinin 10 müəllimi qatılıb.
Alman dili fakültəsinin dekanı, dosent Ulduz Aslanovanın da iştirak etdiyi ilk seminarda Heydelberq Universitetinin professoru Robert Şmitt-Brandt dünyada mövcud olan dil ailələrindən, dillərin yaranma prosesindən, inkişafından və xüsusiyyətlərindən danışıb. İnsan və heyvanların fərqli xüsusiyyətlərinə toxunan professor bildirib ki, insanın fiziki quruluşu və inkişaf dinamikası onun danışmasına imkan verir, heyvanlarda isə bu xüsusiyyətlər mövcud deyil.
Seminarın sonunda Heydelberq Universitetinin professoru müəllimləri maraqlandıran sualları cavablandırıb.
Onu da qeyd edək ki, Robert Şmitt-Brandt ADU-nun Alman dili fakültəsində əsas fənn müəllimi kimi çalışacaq. Professor IV kursda təhsil alan tələbələrə əsas dil fənnindən bir semestr ərzində dərs deyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR