Bank Of Baku

Azərbaycanda qanunsuz ov hallarını aşkarlamaq üçün reydlər keçirilib

Azərbaycanda qanunsuz ov hallarını aşkarlamaq üçün reydlər keçirilib
# 26 fevral 2011 10:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində “Ovçuluq haqqında” qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağgöl Milli Parkının ərazisində keçirilən reyd zamanı qanunsuz ov edən 1 nəfər saxlanılıb və ondan ov tüfəngi götürülüb. Cəlilabaddakı Zəvvar Ovçuluq Təsərrüfatı ərazisində də qanunsuz ov edən rayon sakini Tofiq Hacıyev saxlanılıb. Ondan 1 ov tüfəngi, 7 ədəd patron götürülüb. Həmin şəxs 1000 manat cərimələnib.

İsmayıllı rayonu ərazisində keçirilən reyd zamanı Diyalı kəndindəki göllərdə qanunsuz ovla məşğul olan Vüsal Xələfov, Rəşad Şahbazzadə, Cavanşir Xələfov, Tərlan Babayev və Gündüz Həmzəyev saxlanılıb. Onlardan ümumilikdə 5 ov tüfəngi götürülərək aktlaşdırılıb. Qanunu pozmuş şəxslərin hər biri 1000 manat cərimələnib.

Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində aparılan araşdırma zamanı isə burada çöl quşlarının kütləvi ovlanması məqsədilə quraşdırılmış süni qurğular və torlar aşkar olunub. Qurğular dağıdılaraq məhv edilib, torlar isə yandırılıb.

Kürdəmir şəhərində keçirilən reyd zamanı dəmiryol stansiyasının yaxınlığındakı kafedə ov quşlarının satışı aşkarlanıb. Götürülmüş 2 ördək və 3 qaşqaldaq yandırılaraq məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR