Bank Of Baku

Xocalı faciəsi Lənkəranda silsilə tədbirlərlə anılıb – FOTO

Xocalı faciəsi Lənkəranda silsilə tədbirlərlə anılıb – <font color=red>FOTO</font>
# 26 fevral 2011 17:03 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Xocalı soyqırımı qurbanlarının 19-cu ildönümü Lənkəranda da sonsuz ehtiramla anılıb.

APA-nın cənub bürosunun məlumatına görə, səhər saatlarından başlayaraq minlərlə rayon sakini şəhərin mərkəzində faciə qurbanlarının xatirəsi şərəfinə salınmış bağa gələrək burada ucaldılan abidə kompleksini ziyarət edib.

Ziyarətçilər arasında Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, öz dədə-baba yurdlarından zorla qovulmuş köçkünlər, gənclər və məktəblilər olub. Faciə qurbanlarının ruhuna ehtiram əlaməti olaraq kompleksin önünə əklillər və təzə-tər qərənfillər düzülüb.

Qeyd edək ki, Lənkəranda Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq silsilə tədbirlər keçirilib. Lənkəranlı gənclər “Xocalı soyqırımına biganə qalmayın!” elektron-poçt kampaniyasına fəal qoşularaq Xocalı dəhşətləri barədə həqiqətləri əks etdirən sənədləri, foto-şəkilləri rus və ingilis dillərində ABŞ senatorlarının, konqresmenlərinin, dünyanın aparıcı KİV nümayəndələrinin, xarici səfirlik və konsulluqların, beynəlxalq hüquq müdafiəçilərinin, daimi nümayəndəliklərin ünvanlarına göndəriblər.

Bu gün həmçinin şəhərin və rayonun təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR