Bank Of Baku

Azərbaycanın qərb bölgəsinə güclü qar düşüb

Azərbaycanın qərb bölgəsinə güclü qar düşüb
# 27 fevral 2011 11:00 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Respublikanın qərb bölgəsinə güclü qar yağıb. Qazax, Ağstafa və Tovuz rayon mərkəzlərində qarın qalınlığı 15-20 sm təşkil edir.

Rayon Fövqəladə Hallar komissiyalarından APA-nın qərb bürosuna verilən məlumata görə, yağan qar səbəbindən rayon mərkəzlərində avtomobil yolları bağlansa da, gecə saatlarından başlayaraq texnikaların köməyi ilə yollar qardan təmizlənib. Hər 3 rayonda elektrik enerjisinin verilişində fasilələr yaranıb, bəzi ağacların budaqları qırılıb. Hal-hazırda Tovuz və Ağstafa rayon mərkəzlərinə elektrik enerjisinin verilişi bərpa edilib. Qazax rayonunda isə elektrik enerjisinin verilişində yaranan problemin aradan qaldırılması üçün işlər davam etdirilir.

Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən kəndlərində və Tovuz rayonunun ucqar kəndlərində qarın qalınlığı 30-40 sm-ə çatıb.

Daşkəsən və Gədəbəy rayon Fövqəladə Hallar komissiyalarından APA-nın qərb bürosuna verilən məlumata görə, dünən gecə saatlarından başlayan qar nəticəsində rayon mərkəzlərində qarın qalınlığı artıq 10 sm təşkil edir. Hər iki rayonda əsas magistral yollar açıqdır. Mavi yancağın və elektrik enerjisinin verilişində heç bir problem yaranmayıb.

Qeyd edək ki, gecə saatlarından Gəncə şəhərinə də qar yağmağa başlayıb. Analoji hava şəraiti qərb bölgəsinin digər rayonlarında da müşahidə edilib. Lakin havanın mülayimləşməsi ilə əlaqədar gecə saatlarında yağan qar əriməyə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR