Monqolustan və Türkmənistan Azərbaycanın sığorta-pensiya modelini öyrənmək istəyir
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, bu tövsiyəyə uyğun olaraq Dünya Bankının layihələrinin tətbiq olunduğu keçid dövrü ölkələrinin müvafiq nümayəndə heyətlərinin Azərbaycanın sığorta-pensiya modelinin öyrənilməsi məqsədilə respublikamıza səfərləri planlaşdırılır. Artıq Monqolustan və Türkmənistanın sığorta-pensiya qurumları Azərbaycan təcrübəsini öyrənmək üçün Dövlət Sosial Müdafiə Fonduna (DSMF) rəsmi müraciət ediblər.
Monqolustanın Sosial Sığorta Fondu tərəfindən ünvanlanan məktubda müvafiq nümayəndə heyətinin DSMF ilə əməkdaşlıq etmək üçün Azərbaycana səfər etmək niyyətində olduğu bildirilib. “Bir çox informasiya mənbələrindən aldığımız məlumatlara görə, sizin ölkəniz bazar iqtisadiyyatının prinsiplərinə, müasir tələblərə cavab verən və ədalətlilik prinsipinə əsaslanan şəffaf və aydın fərdi sosial sığorta sistemi formalaşdırıb və bu sistem digər ölkələr üçün modelə çevrilib. Regionda digər ölkələri geridə qoymuş Azərbaycanın müvəffəqiyyətli pensiya islahatı barədə biz məlumatlıyıq və məmnuniyyət hissi ilə sizin təcrübənizdən yararlanmaq istərdik” - deyə Monqolustanın Sosial Sığorta Fondunun Baş direktorunun məktubunda vurğulanır.
Türkmənistanın nümayəndə heyəti də Azərbaycanla sığorta-pensiya islahatları üzrə əməkdaşlıq istiqamətində razılıq əldə etmək üçün ölkəmizə səfərə gəlmək niyyətində olduğunu bildiriblər.
Əfqanıstanın nümayəndə heyəti isə artıq bir dəfə Azərbaycanda səfərdə olub. Dünya Bankının Əfqanıstan üzrə layihəsi çərçivəsində baş tutan səfər zamanı DSMF-də olan nümayəndə heyəti ölkəmizdə sığorta-pensiya sistemində həyata keçirilən və beynəlxalq etimad qazanan islahatlarla tanış ediliblər. Bu səfərin nəticələrinə əsasən, iki ölkənin müvafiq qurumları arasında gələcək əməkdaşlığı nəzərdə tutan saziş layihəsinin imzalanması nəzərdə tutulur.
Xatırladaq ki, Dünya Bankı missiyasının rəsmi məlumatında Azərbaycanın sığorta-pensiya sisteminin beynəlxalq model olaraq çıxış etdiyi və Fondun beynəlxalq sosial təminat aləmində nüfuzlu bir quruma çevrildiyi əks etdirilmişdir.
Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi hələ 2004-cü ildə ölkəmiz Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvü, 2007-ci ildə isə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. Ölkəmiz Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.
Sosial
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
Xəbər Lenti
İsmayıllıda maşın betona çırpılıb, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb
İstanbul-Mineralnıye Vodı reysi qəza siqnalı verib, təyyarə geri qayıdıb
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Şuşaya dolu düşüb - FAKTİKİ HAVA
“The New York Times”: İran lideri danışıqların əleyhinə olub, Pezeşkian onu razı salıb
Ağdamda suda batan ata və iki övladının kimliyi məlum olub - YENİLƏNİB
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Laçına dolu düşüb - FAKTİKİ HAVA
Cevdet Yılmaz: Pakistanın ABŞ-la İran arasında vasitəçi rolunu yüksək qiymətləndiririk
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
Masazırda yük maşını yanıb - VİDEO
İmişlidə zəlzələ olub
Səfirlik: Heydər Əliyev Mərkəzinin ABŞ bayrağının rəngləri ilə işıqlandırılmasını minnətdarlıq hissi ilə qarşıladıq
Yasamalda evdə partlayış olub, 16 yaşlı yeniyetmə ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Bakıda motosikletinin təmiri üçün eyni markalı motosikleti oğurlayan şəxs saxlanılıb
“The National Interest”də İran-ABŞ müharibəsi fonunda Azərbaycanın Orta Dəhlizin roluna təsirindən bəhs edilib
Sabahın hava proqnozu açıqlanıb
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib
Yasamalda 46 kq narkotik dövriyyədən çıxarılıb
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
ADB: Bakı metrosu sərnişin tutumunu artırmaqla karbon emissiyasını 70 min ton azalda bilər
AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlanıb - VİDEO
Tramp Xameneinin dəfn mərasimi üçün İrana bir həftə möhlət verdiyini açıqlayıb
"Bitcoin"in qiyməti 62 min dolları ötüb
Azərbaycan XİN ABŞ-ı Müstəqillik Günü münasibətilə təbrik edib
Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub
Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
Allahşükür Paşazadə Özbəkistana səfər edəcək
Dövlət başçısı: Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar
Sumqayıtda 20 yaşlı qadın çimərlikdə boğulub
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
Qaradağda başına dəmir düşən kişi ölüb
Ötən gün bağlı qapı arxasında qalan 2 nəfər xilas edilib, 1 nəfərin meyiti tapılıb
Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib - VİDEO
Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olub
Rusiya HHM qüvvələri gecə ərzində 389 Ukrayna PUA-sını vurub
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb
Neftin qiyməti 72 dolları ötüb
Fransa Hörmüz boğazında təhlükəsizliyi gücləndirmək üçün hərbi qüvvələr göndərib
DÇ-26: Kolumbiya 1/8 finala yüksəlib
Cokoviç Uimbldonda Federerin rekorduna şərik olub
Bloomberg: NATO sammitinə hazırlıq Ukrayna məsələsinə görə dalana dirənib
BBC: İngiltərə–Meksika matçının başlama vaxtı qasırğaya görə dəyişdirilə bilər
DÇ-2026: Argentina Kabo-Verdeni çətinliklə məğlub edərək 1/8 finala çıxıb - YENİLƏNİB