Bank Of Baku

Azərbaycan ərazisində yağıntılar davam edəcək

Azərbaycan ərazisində yağıntılar davam edəcək
# 28 fevral 2011 09:22 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2, gündüz 3-6 dərəcə isti olacaq.

Martın 2-də havanın buludlu olacağı, gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi əsəcək. Gecə 1-3, gündüz 4-6 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 1-də, əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Martın 2-də gecə və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın üç gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Əksər meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR