Bank Of Baku

FHN-in şimal-qərb Regional Mərkəzində təlim keçirilib

FHN-in şimal-qərb Regional Mərkəzində təlim keçirilib
# 28 fevral 2011 10:04 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN), Təhsil Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) birgə həyata keçirdiyi "Riskə məruz qalma ehtimalı olan ərazilərdə fəlakət riskinin azaldılmasına yönəlmiş tədbirlərin dəstəklənməsi" layihəsi çərçivəsində FHN-in Şimal-qərb Regional Mərkəzində təlim keçirilib. APA-nın FHN-in rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, Şəki və Zaqatala rayonlarının seçilmiş məktəblərinin müəllimləri üçün nəzərdə tutulmuş təlimdə Nazirliyin Aparatının, Bakı Regional Mərkəzinin, o cümlədən Təhsil Nazirliyi və UNICEF-in nümayəndələri iştirak ediblər.
Tədbirdə təbii və texnogen xarakterli fövqəladə halları əks etdirən təqdimatlar və müxtəlif xilasetmə avadanlıqları nümayiş etdirilib. Sonda iştirakçılara fövqəladə hallar sahəsinə aid müxtəlif əyani-metodiki vəsaitlər paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR