Bank Of Baku

BDU: “180 tələbə 2009/2010 və 2010/2011-ci tədris ili ərzində xaric edilib”

BDU: “180 tələbə 2009/2010 və 2010/2011-ci tədris ili ərzində xaric edilib”
# 28 fevral 2011 10:40 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. 2009/2010 və 2010/2011-ci tədris ili ərzində (4 semestr) Bakı Dövlət Universitetindən (BDU) 180-ə yaxın tələbə xaric olunub. Bu barədə APA-ya BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib. Məlumata görə, xaric olunmaya səbəb onların universitet daxili nizam-intizam qaydalarını pozması, davamiyyət və akademik borclar və s. məsələlər olub.

Qeyd edək ki, bir neçə gün əvvəl bununla bağlı yayılmış məlumatda xaric edilmiş tələbələrin 2009/2010 və 2010/2011- tədris ili ərzində (4 semestr) yox, 2010/2011- tədris ili ərzində olduğu qeyd edilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR