Bank Of Baku

Doktoranturalar yaradılan nazirlik və təşkilatların doktoranturaya qəbul planları Nazirlər Kabinetinə təqdim edilib

Doktoranturalar yaradılan nazirlik və təşkilatların doktoranturaya qəbul planları Nazirlər Kabinetinə təqdim edilib
# 28 fevral 2011 11:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) doktoranturalar yaradılan nazirlik və təşkilatların doktoranturaya qəbul planlarını Nazirlər Kabinetinə təqdim edib. Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov məlumat verib. Onun sözlərinə görə, Təhsil Nazirliyi və AMEA istisna olmaqla doktoranturalar yaradılan nazirlik və təşkilatlara fəlsəfə doktoru hazırlığı üzrə 189 yer (108 əyani, 81 qiyabi), elmlər doktoru hazırlığı üzrə 48 yer (18 əyani, 30 qiyabi), dissertantura yolu ilə hazırlıq sahəsində fəlsəfə doktoru üzrə 145 yer, elmlər doktoru üzrə 13 yer ayrılıb.

Bu təşkilatlar Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Müdafiə Sənayesi, İqtisadi İnkişaf, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “AZAL” Hava Yolları, “Azərenerji”, Meliorasiya və Su Təsərrüfatı SC, Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR