Bank Of Baku

Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskinləşib

Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskinləşib
# 28 fevral 2011 12:30 (UTC +04:00)
Quba. Zaur Quliyev – APA. Azərbaycanın şimal rayonlarında hava şəraiti yenidən kəskin xarakter alıb. Quba Regional Hidrometeorologiya Müəssisəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, bölgədə havanın temperaturu 9-10 dərəcə aşağı düşüb. Ən yüksək qar yağıntısı Xaltan və Altıağac ərazilərində qeydə alınıb. Bu yaşayış yerlərində qarın hündürlüyü 33-35 santimetr təşkil edir. Adları çəkilən rayonların icra strukturlarından APA-nın yerli bürosuna bildirilib ki, qeyri-sabit hava şəraiti ilə bağlı rayonlara elektrik enerjisinin və təbii qazın verilməsində heç bir problem yaranmayıb. Lakin rayonların mərkəzi yollarında və kəndlərə gedən yollarda çətinliklər var. Hidrometeoroloqların məlumatına görə, bu cür hava şəraiti həftə sonunadək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR