Bank Of Baku

Fövqəladə hallar nazirinin müavini Sabirabad və Saatlının daşqınlardan zərər çəkmiş kənlərində olub

Fövqəladə hallar nazirinin müavini Sabirabad və Saatlının daşqınlardan zərər çəkmiş kənlərində olub
# 28 fevral 2011 12:55 (UTC +04:00)
Şirvan. Əlibәy Zeynallı - APA. Bu gün Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev Kür və Araz çaylarının daşması zamanı zərər çəkmiş Saatlı və Sabirabad rayonlarının Qasımbəyli, Muradbəyli, Yuxarı Axtaçı, Novruzlu və Dəlilər kəndlərində aparılan tikinti işlərinin vəziyyəti ilə maraqlanıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, nazir müavini Yeni Novruzlu və Qasımbəyli kəndlərinin sakinləri ilə görüş keçirib, onları dinləyib. Kənd sakinləri əsasən əkin sahələrinə dəyən ziyanla əlaqədar kompensasiyaların ödənilməsi vaxtı barədə maraqlanıblar. Nazir müavini bu məsələnin yaxın günlərdə həll olunacağını bildirib. Qeyd edilib ki, Maliyyə Nazirliyi tərəfindən vəsait hesaba köçürüldükdən sonra kompensasiyalar kənd sakinlərinə çatdırılacaq. Məsələnin bu həftənin sonuna qədər həll olunacağı bildirilib.
Evləri sel sularından yox, yağışlardan zədə alan bəzi sakinlərin evlərinin tikilməsi və ya təmiri üçün də göstərişlər verilib. O. Hacıyev özü bu evlərə baxış keçirib.
Sakinlərlə görüşdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Heydər Abbasov da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR