Bank Of Baku

Təhsil Nazirliyi 78 adda yeni dərslik hazırlayacaq

Təhsil Nazirliyi 78 adda yeni dərslik hazırlayacaq
# 28 fevral 2011 13:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Təhsil Nazirliyi VII-XI sinif şagirdləri üçün
38 adda yeni dərslik hazırlayacaq. Bu barədə APA-ya Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazov məlumat verib. O bildirib ki, həmin dərsliklərin qəbulu üçün təyin edilmiş tarix bu gün başa çatır: “Nəşriyyatlar artıq bizə dərsliklərlə bağlı təkliflərini təqdim edirlər. Sabah Tender Komissiyasının iclası olacaq. Tenderdə iştirak edən nəşriyyatların nümayəndələrinin qarşısında təkliflər açılacaq”.

F. Şahbazlının sözlərinə görə, bu proses başa çatdıqdan sonra dərsliklərin qiymətləndirilməsinə başlanacaq. Mart ayı ərzində dərsliklər qiymətləndiriləcək, sonra nazirlik onların çapı ilə məşğul olacaq.

F. Şahbazlı deyib ki, IV siniflər üçün də 40 adda dərsliyin hazırlanması nəzərdə tutulur: “Aprelin 5-də IV siniflər üçün 40 adda dərsliklə bağlı tenderin təkliflərini qəbul edəcəyik. Daha sonra isə onları qiymətləndirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR