Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Azərbaycanda səfərdədir

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Azərbaycanda səfərdədir
# 28 fevral 2011 13:19 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Jujanna Yakab Azərbaycana gəlib. Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, 53 ölkəni birləşdirən təşkilatın Avropa Regional Bürosunun rəhbərliyi Regional Komitənin 61-ci sessiyasının sentyabrın 12-15-də Bakıda keçirilməsinə qərar verib. Bu səfər proqramı çərçivəsində Bakıda keçiriləcək sessiyaya dair anlaşma Memorandumunun imzalanması nəzərdə tutulub.

J. Yakab Səhiyyə Nazirliyində görüşlər keçirəcək. Bundan əlavə, regional direktorun Nazirlər Kabineti, BMT-nın Azərbaycanda fəaliyyət göstərən müxtəlif qurumlarında görüşləri olacaq. O, nümunəvi tibb müəssisələrinə baxışlar keçirəcək. Səfər martın 2-də yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR