Bank Of Baku

Ukraynada “Regional münaqişələr: problemlər və həlli yolları” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib

Ukraynada “Regional münaqişələr: problemlər və həlli yolları” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib
# 28 fevral 2011 13:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın Ukraynadakı səfirliyi, Ukrayna Diplomatik Akademiyası, Ukrayna Elmlər Akademiyasının Dövlət və hüquq İnstitutu və Yaxın Şərq Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə Kiyev şəhərində (Ukrayna) “Regional münaqişələr: problemlər və həlli yolları” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Türkiyə və bir sıra digər ölkələrin siyasi ekspertləri, diplomatik korpus nümayəndələrinin iştirak etdiyi konfransda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul olunub. Ukrayna Diplomatik Akademiyasının rektoru Boris Qumenyuk regional münaqişələrin nəinki bölgə dövlətləri, o cümlədən beynəlxalq arena üçün təhlükə mənbəyi olduğunu söyləyib. Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli son iki əsrdə ermənilərin Azərbaycanda həyata keçirdikləri işğalçılıq və soyqırımı siyasətini tarixi faktlarla konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Konfrans iştirakçılarının diqqətini ermənilərin 19 il əvvəl Xocalıda törətdikləri soyqırımı siyasətinə yönəldən AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə ermənilərin 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda apardıqları işğalçılıq siyasətinə dünya birliyinin və beynəlxalq təşkilatların ikili standart prizmasından yanaşmasını təəssüflə qeyd edib. İ. Məmmədzadə bu münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll edilə biləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR