Bank Of Baku

ADU-nin 23 tələbəsi təhsilini Böyük Britaniyanın nüfuzlu Esseks Universitetində davam etdirəcək

ADU-nin 23 tələbəsi təhsilini Böyük Britaniyanın nüfuzlu Esseks Universitetində davam etdirəcək
# 28 fevral 2011 14:29 (UTC +04:00)
APA məlumatına görə, bu gün ADU-da Böyük Britaniyaya yola düşəcək tələbələr və onların valideynləri ilə görüş keçirilib. Görüşdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, Böyük Britaniyanm Azərbaycandakı səfıri Karolin Braun, universitetin professor-müəllim heyəti iştirak ediblər. Görüşdə çıxış edən Səməd Seyidov bildirib ki, ADU ingilis dili və mədəniyyətinin öyrənilməsinə böyük önəm verir: “Universitetimizlə Esseks Universiteti arasında sazişin reallaşması Azərbaycanla Böyük Britaniya arasında mədəni mübadiləyə xidmət edəcək”.

Britaniya səfiri Karolin Braun isə universitetlərarası sazişi alqışlayıb, qeyd edib ki, Azərbaycan və Britaniya universitetləri ilk dəfədir birbaşa əməkdaşlıq edirlər.

Xatırladaq ki, keçən il oktyabrın 10-da ADU ilə Esseks Universiteti arasında imzalanan müqavilə çərçivəsində baş tutacaq səfərə universitetin 1 saylı ingilis dili fakültəsindən 18, 2 saylı ingilis dili fakültəsindən 3, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsindən isə 2 tələbə yollanacaq.

Sözügedən müqavilənin şərtlərinə əsasən, tələbələr Dillər Universitetində I-II kursları bitirdikdən sonra təhsillərini Esseks Universitetində davam etdirərək ikili diplom alacaqlar. Bundan başqa, hər iki universitetin professor-müəllim heyətinin, departament rəhbərlərinin qarşılıqlı səfərləri də nəzərdə tutulub. Təhsilini Esseks Universitetində davam etdirmək istəyən tələbələrin ingilis dili bilikləri yüksək səviyyədə yoxlanılıb və onların Böyük Britaniyaya getməsinə razılıq verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR