Bank Of Baku

Tərtərdə məcburi köçkünlərin məskunlaşdığı ərazini su basıb

Tərtərdə  məcburi köçkünlərin məskunlaşdığı ərazini su basıb
# 28 fevral 2011 15:57 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu – APA. Azərbaycanın Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi yaxınlığında Ağdam rayonundan olan 3 məcburi köçkün ailəsinin məskunlaşdığı ərazi su altında qalıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, buna Tərtər çayından ayrılan su kanalında suyun səviyyəsinin qalxması səbəb olub.
Hadisə yerinə Tərtər rayon İcra Hakimiyyətinin, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri gəlib. Evlərini su basan məcburi köçkünlərə lazımı əşyalar və geyimlər verilib. Eyni zamanda əlavə tədbirlər görüləcəyi bildirilib.

Qeyd edək ki, Tərtər çayı başlanğıcını işğal altında olan su mənbələrindən götürür. Məlumatlara görə, ermənilərin nəzarətində olan ərazilərdə güclü yağıntılar nəticəsində baş verən daşqınlardan sonra bir sıra mənbələrin suları Tərtər çayına axıdılır. Ona gərə də Tərtər çayında suyun səviyyəsi qəflətən qalxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR