Bank Of Baku

Azərbaycan ərazisində aprel, may, iyun aylarında gözlənilən gursululuq dövrünü proqnozlaşdırmaq məqsədilə ekspedisiyaya başlanılıb

Azərbaycan ərazisində aprel, may, iyun aylarında gözlənilən gursululuq dövrünü proqnozlaşdırmaq məqsədilə ekspedisiyaya başlanılıb
# 01 mart 2011 09:19 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, bu il qar ehtiyatı, əsasən, fevral ayında toplanıb. Bu il Böyük Qafqazın Quba-Xaçmaz, Balakən-Şəki, Daşkəsən-Gədəbəy bölgələrində toplanılan qar ehtiyatı ötən ilə nisbətən çoxdur.

A. Verdiyev deyib ki, fevralın 28-dən artıq respublika ərazisində aprel, may, iyun aylarında gözlənilən gursululuq dövrünü proqnozlaşdırmaq məqsədi ilə ekspedisiyaya başlayıblar. Martın 21-dək davam edəcək ekspedisiya zamanı Naxçıvan Muxtar Respublikası, Böyük Qafqaz, Kiçik Qafqazın dağlıq əraziləri, çayların hövzələri daxil olmaqla, ümumilikdə 29 marşrut üzrə qarölçmə işləri aparılacaq. İlk qarölçmə işləri Daşkəsən-Gədəbəy-Göygöl ərazisində aparılır.

A. Verdiyevin sözlərinə görə, yalnız qar ehtiyatına əsasən, daşqın dövründə çaylarda vəziyyətin necə olacağını demək olmaz. Çünki gursululuq dövrü yalnız qar ehtiyatından deyil, yağıntılardan da çox asılıdır. Baş hidroloq daşqınlarla bağlı proqnoz hazırlanarkən Kür və Qanıx çayları ilə bağlı Gürcüstan tərəfinin məlumatlarının da nəzərə alınacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR