Bank Of Baku

Bu il Xəzərdə üç seysmik stansiyanın quraşdırılması başa çatdırılacaq

Bu il Xəzərdə üç seysmik stansiyanın quraşdırılması başa çatdırılacaq
# 01 mart 2011 09:50 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli məlumat verib. O deyib ki, seysmik stansiyaların quraşdırılması ilə bağlı texniki məsələləri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti həll edəcək: “Artıq onlarla danışıqlar aparmışıq. Çünki seysmik stansiyaları quraşdırmaq üçün kranlarla, gəmilərlə, dalğıclarla təminat məsələsi var. Biz sadəcə, suyun altında bu stansiyaları qura bilmərik. Platformalar olmalıdır. Bütün bunlarla bağlı məsələləri həll eləmişik. Bəzi xırda nüanslar qalıb. Bundan sonra seysmik stansiyaların quraşdırılması ilə bağlı müqavilə imzalanacaq”.

Mərkəz direktoru bildirib ki, bu il sərhəd bölgələrində - Ağdam, Beyləqan, Füzuli, Yardımlı və Naxçıvanda əlavə 5 seysmik stansiya da quraşdırılacaq. Bununla da Azərbaycanın quru sahələrində 35 stansiya, su sahəsində isə 3 stansiya olacaq: “Gələcəkdə isə Xəzərin Azərbaycan sektorunda əlavə 7 seysmik stansiya quraşdırılacaq. Ümumilikdə Xəzərin Azərbaycan sektorunda 10 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulub. Dünyanın cəmi bir neçə ölkəsində dənizdibi seysmometrlər var. Bu, adi məsələ deyil. Azərbaycanın həm neft-qaz yataqları, həm də seysmiklik baxımından ən strateji obyekti Xəzərdir. Ümumiyyətlə, Abşeronu əhatə edən zəlzələ ocaqlarının hamısı Xəzərdə yerləşir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR