Bank Of Baku

Qurban Yetirmişli: “Qəbələdə baş verən zəlzələnin dərinliyi az olsaydı, gücü 6 baldan çox olardı”

Qurban Yetirmişli: “Qəbələdə baş verən zəlzələnin dərinliyi az olsaydı, gücü 6 baldan çox olardı”
# 01 mart 2011 09:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Dünən Qəbələdə baş verən zəlzələnin dərinliyi çox olduğundan hiss olunma dərəcəsi az olub”. Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib. Mərkəz direktoru deyib ki, zəlzələ 42 kilometr dərinlikdə deyil, məsələn, 15 kilometr dərinlikdə olsaydı, onun gücü 6 baldan çox olardı: “Zəlzələnin episentri dərində olduğuna görə, Göyçay, Şəki, İsmayıllı, Ağdaş, Mingəçevirdə və digər ətraf rayonlarda az hiss olunub. İl başlayandan bu ilk hiss olunan zəlzələdir”.

Qeyd edək ki, dünən saat 14.54-də Qəbələ rayonundan 17 km cənubi-qərbdə zəlzələ baş verib. Zəlzələ 12 ballıq cədvəl üzrə episentrdə 4 bala, Qəbələ və Ağdaşda 3.5 bala , Şəkidə 3 bala, İsmayıllı, Oğuz, və Şamaxıda 2.5 bala, Göyçayda 2 bala qədər hiss edilib. İnsan tələfatı və tikililərdə dağıntı qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR