Bank Of Baku

Kürdə suyun səviyyəsi artır

Kürdə suyun səviyyəsi artır
# 01 mart 2011 10:43 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Fevral ayının 3-cü ongünlüyündə yağan yağıntılarla əlaqədar respublikanın dağ çaylarında, xüsusən də Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 235-365, Quba-Xaçmaz bölgəsi çaylarında 120-175, Lənkəran-Astara bölgəsi çaylarında 210-265, Kiçik Qafqaz çaylarında 110-155, Naxçıvan Muxtar Respublikası çaylarında isə 80 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 160 kub/metr, yəni ongünlük normanın 82 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi saniyədə 74 kub/metr, yəni ongünlük normanın 97 faizinə bərabərdir.

Hazırda Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmaqdadır. Fevralda Kür çayının Yevlax məntəqəsində suyun səviyyəsində 132, Zərdabda 216, Surrada 157, Şirvanda 137, Salyanda 126, Bankədə 55, Araz çayının Novruzlu məntəqəsində isə 92 sm artım müşahidə edilib. Belə ki, Surra məntəqəsində suyun hazırkı səviyyəsi 617 sm (2010-cu il 21 mayda maksimal səviyyə 955 sm), Şirvanda 505 sm (2010-cu il 18 mayda maksimal səviyyə 853 sm), Bankədə 341 sm (2010-cu il 18 mayda maksimal səviyyə 503 sm), Salyanda 463 sm (2010-cu il 18 mayda maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 342 sm-dir (2010-cu il 21 mayda maksimal səviyyə 734 sm).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR