Bank Of Baku

Azərbaycanın daha 12 rayonunda mərkəzləşdirilmiş yoxlama imtahanları keçiriləcək

Azərbaycanın daha 12 rayonunda mərkəzləşdirilmiş yoxlama imtahanları keçiriləcək
# 01 mart 2011 13:26 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Təhsil Nazirliyinin fevralın 27-də Azərbaycanın peşə liseylərində tam orta təhsil səviyyəsi üzrə keçirdiyi mərkəzləşdirilmiş yoxlama imtahanına 4770 şagird cəlb edilib. Nazirlikdən APA-ya verilən məlumata görə, imtahan 29 mərkəzdə keçirilib. Yoxlama imtahanında 23 şəhər və rayonda yerləşən peşə liseylərinin şagirdləri iştirak edib.

Növbəti imtahan martın 13-də Gəncə, Mingəçevir və Naftalan şəhərlərində, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında ümumi orta və tam orta təhsil səviyyələri üzrə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR