Bank Of Baku

Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatı arasında saziş imzalanıb

Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatı arasında saziş imzalanıb
# 01 mart 2011 14:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Jujanna Yakabın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, O. Şirəliyev bildirib ki, Azərbaycan səhiyyəsində bir çox yeniliklər Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə həyata keçirilir. J. Yakab da təşkilatla Azərbaycanın uğurlu əlaqələrindən danışıb və münasibətlərin gələcəkdə də genişləndirilməsinə çalışacaqlarını söyləyib.

Sonra tərəflər Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin sentyabrın 12-15-də Bakıda keçiriləcək illik sessiyası ilə bağlı öhdəliklərin icrası və hazırlıq işlərinin görülməsi üçün əməkdaşlığa dair saziş imzalayıblar. Regional Komitənin toplantısı çərçivəsində 53 dövlətdən 300-dən artıq yüksək vəzifəli səhiyyə işçisi Azərbaycana səfər edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR