Bank Of Baku

Ötən il Bakıda sosial müdafiəyə daha çox ehtiyacı olanlar üçün 243 mənzilli 3 yaşayış evi tikilib

Ötən il Bakıda sosial müdafiəyə daha çox ehtiyacı olanlar üçün 243 mənzilli 3 yaşayış evi tikilib
# 01 mart 2011 15:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən il ərzində sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqə üçün Bakı şəhərində 243 mənzilli 3, regionlarda isə 272 mənzilli 12 yaşayış binası və 200 fərdi yaşayış evi tikilib.

«APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransında çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, qaçqın və məcburi köçkünlər üçün Qəbələdə 2 yaşayış binası və 188 şagird yerlik məktəb, Yevlaxda 612, Ağdamda isə 689 ailə üçün zəruri infrastruktura malik olan qəsəbələr istifadəyə verilib.

«Ötən il 25-i regionlarda olmaqla 45 səhiyyə müəssisəsi tikilib istifadəyə verilib, 43-ü regionlarda olmaqla 70 məktəb binası tikilib və əsaslı təmir olunub, 4 olimpiya idman kompleksi, 4 idman mərkəzi istifadəyə verilib, 9 idman kompleksinin tikintisi davam etdirilir. Eyni zamanda ötən il baş vermiş daşqınlarla bağlı əhaliyə dəyən ziyan aradan qaldırılıb, evləri dağılan insanların mənzil problemlərinin həlli məqsədilə 1 500-dən artıq yeni evlər tikilib, 3 000-dən artıq ev təmir edilib», - deyə Ş.Mustafayev bildirib.

Bundan başqa, nazir qeyd edib ki, 2010-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əhalinin daha çox ehiyac duyduğu bir çox obyektlər, o cümlədən 1 100 şagird yerlik 3 məktəb, Ağdaş Şəhər Musiqi Məktəbi, Qəbələdə uşaq bağçası, məhdud fiziki imkanlı insanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi inşa olunub, bir çox xeyriyyə tədbirləri həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR