Bank Of Baku

Ombudsman məhkumların saxlanılması, müvəqqəti saxlama təcridxanaları ilə bağlı bir sıra təkliflərlə çıxış edib

Ombudsman məhkumların saxlanılması, müvəqqəti saxlama təcridxanaları ilə bağlı bir sıra təkliflərlə çıxış edib
# 01 mart 2011 15:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Ombudsmanı məhkumların saxlanılması, eləcə də müvəqqəti saxlama təcridxanaları (MST) ilə bağlı bir sıra təkliflərlə çıxış edib. APA-nın məlumatına görə, bu barədə Ombudsmanın 2010-cu ildəki fəaliyyətinə dair Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.

Hesabatda bildirilib ki, “Polis orqanlarının müvəqqəti saxlama təcridxanasında daxili nizam qaydaları”nın 2-ci fəslinin 2.6-cı bəndinə əsasən MST-yə gətirilmiş və kameralara yerləşdirilməli olan şəxslərin şəxsi axtarışı yalnız eyni cinsli şəxslər və hal şahidlərinin iştirakı ilə aparıla bilər. Bu baxımdan ombudsman MST-ə qadın əməkdaşların cəlb edilməsi üzrə tədbirlərin görülməsi təklif edilib.

Müvəkkilin saxlanılan şəxslərin sağlamlığının qorunması üçün onların kifayət qədər keyfiyyətli qida, habelə içməli su ilə təmin edilməsinə nəzarət etdiyi və buna diqqətin artırılmasına dair tövsiyə verdiyi də hesabatda öz əksini tapıb. E. Süleymanova “Məhkumların: yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2001-ci il 25 sentyabrı tarixli, 154 saylı qərarı ilə müəyyən edilmiş normalara yenidən baxılmasını, polis orqanlarının MST-də, inzibati qaydada həbs olunanların saxlanma məntəqələrində saxlanılan şəxslər, o cümlədən yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzlərində saxlanılan uşaqlar üçün gündəlik ərzaq normalarının ayrılıqda müəyyən edilməsini təklif edir.

Hesabatda qeyd olunub ki, ötən il müvəkkilin və aparat əməkdaşlarının MST-ə və istintaq təcridxanalarına baxışları zamanı aşkar edilmiş qanun pozuntularının nöqsan və çatışmazlıqların aradan qaldırılması, həmçinin müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı irad və təkliflərlə müvafiq polis idarə və şöbələrinin rəislərinə, zəruri hallarda isə Azərbaycan Respublikası baş prokuroruna, daxili işlər və ya ədliyyə nazirlərinə müraciətləri əsasında yoxlamalar keçirilib. Nəticədə qanun pozuntusuna yol vermiş bir sıra əməkdaşlar intizam məsuliyyətinə cəlb olunub, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR