Bank Of Baku

Azərbaycan Daxili İşlər Nazirliyi 2011-2012-ci tədris ili üçün Polis Akademiyasına əyani təhsil üzrə müdavimlərin qəbulunu elan edib

Azərbaycan Daxili İşlər Nazirliyi 2011-2012-ci tədris ili üçün Polis Akademiyasına əyani təhsil üzrə müdavimlərin qəbulunu elan edib
# 01 mart 2011 16:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) 2011-2012-ci tədris ili üçün Polis Akademiyasına əyani təhsil üzrə müdavimlərin qəbulunu elan edir. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Polis Akademiyasına qəbula namizədlər çağırışçı kimi hərbi komissarlıqda qeydiyyatda olan, tam orta təhsilli 18 yaşadək Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir. Abituriyentlər fiziki hazırlıq, xüsusi-həkim və seçmə komissiyalarında DİN tərəfindən müəyyən edilmiş normativlər üzrə yoxlamadan müvəffəqiyyətlə keçdikdən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarına buraxılır. Polis Akademiyasına qəbul olunmuş abituriyentlər dövlət hesabına yeməklə, geyim forması və yataqxana ilə təmin olunurlar. Təhsil müddəti 5 ildir. Məzunlara «hüquqşünas» ixtisası və «polis leytenantı» xüsusi rütbəsi verilərək daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2011-ci ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə» ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən abituriyentlər Polis Akademiyasına qəbul edilmirlər.

Polis Akademiyasına qəbul üçün yaşayış yeri üzrə Bakı şəhərində qeydiyyatda olan abituriyentlər Daxili İşlər Nazirliyinə (Bakı şəhəri Azərbaycan prospekti 7), respublikanın digər şəhər və rayonlarında qeydiyyatda olan abituriyentlər ərazi polis idarə və şöbələrinə müraciət edə bilərlər.

Ərizə və sənədlərin qəbulu mart ayının 01-dən aprel ayının 20-dək olan müddətdə (şənbə, bazar və bayram günlərindən başqa) hər gün saat 1000-dan1700-dək həyata keçiriləcək. Təqdim olunması vacib olan sənədlər və qəbulun şərtləri barədə ətraflı məlumat DİN-in www.mia.gov.az və Polis Akademiyasının www.pa.edu.az veb saytlarında yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR