Bank Of Baku

Azərbaycanlı iş adamı Tiflisdə klinika tikdirir

Azərbaycanlı iş adamı Tiflisdə klinika tikdirir
# 02 mart 2011 07:40 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında Azərbaycanın investisiyası ilə yeni klinika tikilir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, martın 1-də Tiflis şəhər meri Qiqi Uqulava azərbaycanlı iş adamları ilə tikinti sahəsinə baş çəkib.

Paytaxt meri klinikanın iki il ərzində tikiləcəyini və burada 196 xəstənin müalicə olunacağını bildirib: “Müasir tipli klinika Azərbaycan investisiyasının dəstəyi ilə tikilir. Bu əhəmiyyətli klinikada xarici mütəxəssislərlə bərabər, 300 nəfər gürcü mütəxəssis də çalışacaq”.

Məlumata görə, Gürcüstanda indiyədək aparılmayan ürək, böyrək, ağ ciyər və mədə üzərində cərrahiyyə əməliyyatları məhz bu klinikada həyata keçiriləcək. Klinikada eyni zamanda orqanların köçürülməsi də nəzərdə tutulub. Klinika istifadəyə verildikdən sonra burada işləmək üçün ABŞ, Almaniya və İsraildən məşhur mütəxəssislər dəvət olunacaq.

Klinikanı tikən azərbaycanlı iş adamı Mübariz Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, tikintiyə 15 mln. dollar vəsait ayrılıb: “Tikintiyə 2010-cu ildən başlanıb. Hələlik birinci mərtəbədə iş gedir. Tikintidə 60 nəfər çalışır. 2013-cü ildə başa çatacaq bu tikili regionda analoqu olmayan klinika olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR