Bank Of Baku

ARDNŞ: Qobustanda yanmış evin sakinləri mənzillərlə təmin olunacaqlar

ARDNŞ: Qobustanda yanmış evin sakinləri mənzillərlə təmin olunacaqlar
# 02 mart 2011 08:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Qaradağ rayonu Qobustan qəsəbəsinin Kəşfiyyatçılar məhəlləsində Azərbaycan Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin balansında olan, fevralın 28-də yanğın baş vermiş 14 saylı binanın sakinləri mənzillərlə təmin olunacaq. Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, mənzillərdən birində qısaqapanma nəticəsində başlayan yanğın 200 kv. metrdən çox ərazini əhatə edib.

Hadisə yerinə FHN-in Yanğından Mühafizə Xidmətinin briqadaları cəlb olunub və yanğının qarşısı alınıb. Buna baxmayaraq, 20 ailənin yaşadığı ikimərtəbəli kommunal yaşayış evi taxta konstruksiyalardan tikildiyi üçün bina yararsız hala düşüb. ARDNŞ Sosial İnkişaf İdarəsi, Qaradağ rayon İcra Hakimiyyəti, yerli bələdiyyə və digər müvafiq strukturların nümayəndələri hadisə yerinə baxış keçirib, yanğından zərər çəkmiş sakinlərin köçürülməsi məqsədi ilə təcili tədbirlər planı hazırlanıb.

ARDNŞ Sosial İnkişaf İdarəsi tərəfindən həmin sakinlər qısa müddətdə öz istəklərinə uyğun şəkildə müvəqqəti yaşayış yerlərinə köçürülüblər. Onların kirayə haqları ARDNŞ tərəfindən ödəniləcək. Qısa müddət ərzində yanmış binanın yerində Şirkətin vəsaiti hesabına yeni, müasir standartlara uyğun bina inşa olunacaq və sakinlərin hamısı oraya köçürüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR