Bank Of Baku

TQDK sədri: “Azərbaycanın bəzi rayonlarında təhsil sahəsində fövqəladə vəziyyət elan etmək lazımdır”

TQDK sədri: “Azərbaycanın bəzi rayonlarında  təhsil sahəsində fövqəladə vəziyyət elan etmək lazımdır”
# 02 mart 2011 08:36 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün Bakı şəhərində keçirilən zona müşavirəsində deyib. Onun sözlərinə görə, Füzuli rayonunun yarısı işğal olunsa da, bu rayon üzrə də nəticələr digər işğal olunmuş rayonlarla müqayisədə qəbul göstəricilərinə görə çox aşağıdır.

M. Abbaszadə deyib ki, valideynlərin ixtisas seçiminə təsiri də bu göstəricilərdə rol oynayır. Valideynlər övladlarını ödənişli əsaslarla təhsil almasını istədikdə qəbul faizi artır.

TQDK sədrinin sözlərinə görə, 400-450 bal toplayanlar arasında əsasən qızlar təhsillərini özəl ali məktəbdənsə, kolleclərdə davam etdirməyə üstünlük verirlər. M. Abbaszadə deyib ki, azərbaycanlı valideynlər ödənişli ali təhsili oğlan övladlarına verməyə üstünlük verirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR