Bank Of Baku

“Azərbaycanın Milli Atlası”nın hazırlanmasına başlanılıb

“Azərbaycanın Milli Atlası”nın hazırlanmasına başlanılıb
# 02 mart 2011 08:46 (UTC +04:00)
Bakı - APA-Economics. Bakı Kartoqrafiya Fabrikində “Kompleks Atlas” üzərində son tamamlama işləri aparılır.

APA-Economics”in məlumatına görə, istifadəçilərə dolğun və ətraflı məlumat verəcək “Kompleks Atlas” yaxın vaxtlarda işıq üzü görəcək.

Hazırda fabrikdə dövlət dəstəyi ilə “Azərbaycanın Milli Atlası” hazırlanır. Müəssisənin bütün aparıcı mütəxəssislərinin cəlb olunduğu bu atlas 1500 xəritə və 450 səhifədən ibarət olub, 3 il müddətində işlənib istifadəyə veriləcək. Atlasın hazırlanmasında Azərbaycanın görkəmli alimləri də iştirak edirlər.

Qeyd edək ki, 2009-2010-cu illərdə Bakı Kartoqrafiya Fabrikində bir sıra xəritələr, o cümlədən ilk dəfə olaraq “Naxçıvanın tarixi atlası”, Azərbaycanın “Turist Atlası” və prezident İlham Əliyevin 2010-cu ili “Ekologiya ili” elan etməsi ilə əlaqədar olaraq “Ekoloji Atlas” nəşr olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR