Bank Of Baku

Azərbaycanın bəzi ərazilərində qar yağacaq

Azərbaycanın bəzi ərazilərində qar yağacaq
# 02 mart 2011 08:57 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 4-7 dərəcə isti olacaq.

Martın 4-də havanın buludlu, fasilələrlə yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 1-3, gündüz 3-6 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 3-də, əsasən, şimal və şərq rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti,
dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Martın 4-də, əsasən, şimal və şərq rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR