Bank Of Baku

TQDK sədri: “Attestat imtahanlarında köçürmələr olur, rayonlarda imtahana kənardan müdaxilələr edilir”

TQDK sədri: “Attestat imtahanlarında köçürmələr olur, rayonlarda imtahana kənardan müdaxilələr edilir”
# 02 mart 2011 10:33 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Bakıda keçirilən zona müşavirəsində deyib. O bildirib ki, orta məktəblərdə keçirilmiş mərkəzləşdirilmiş test imtahanlarında test sualları şagirdlərə 17-18 variantda təqdim edilir: “Amma bu variantların çətinlik səviyyəsi eyni deyil. Asan variantla çətin variant arasında 11-15 faizə qədər fərq var. Amma ümumilikdə ötən ilə nisbətən builki nəticələr yaxşılaşıb”.

M. Abbaszadənin sözlərinə görə, hazırda repetitorsuz ali məktəbə hazırlaşmaq mümkündür. Amma buna şagirdin marağı və istəyi olmalıdır. O əlavə edib ki, artıq abituriyentlər üçün məktəb proqramları əsasında hazırlanmış videomühazirələr də həyata keçirilir. Bu da öz növbəsində abituriyentlərin ali məktəbə daha yaxşı hazırlaşmasına imkan yaradır.

Komissiya rəhbəri qeyd edib ki, abituriyentlər arasında 600-dən yuxarı bal toplayanlar Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını seçərək ora qəbul olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR