Bank Of Baku

Ötən il Azərbaycanda insan alveri ilə bağlı 183 cinayət faktı qeydə alınıb

Ötən il Azərbaycanda insan alveri ilə bağlı 183 cinayət faktı qeydə alınıb
# 02 mart 2011 10:39 (UTC +04:00)
APA-nın qurumun rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, ötən il həyata keçirilən tədbirlər nəticəsində 183 cinayət faktı qeydə alınıb ki, onlardan 70-i insan alveri, 1-i məcburi əmək, 3-ü seksual hərəkətlərə məcbur etmə, 2-i yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə, 5-i pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, 63-i fahişəliyə cəlb etmə, 77-i isə əxlaqsızlıq yuvaları saxlama ilə bağlı olub. İnsan alveri cinayəti ilə bağlı 70 cinayət faktı qeydə alınıb, cinayətləri törətdiklərinə görə 39 şəxs cinayət məsuliyyətinə cəlb edilib və insan alveri qurbanı olan 34 nəfər müəyyən olunub. Bu müddət ərzində keçirilmiş tədbirlər nəticəsində 8 cinayətkar qrup aşkar edilib. İctimai mənəviyyata zidd hərəkətlərə yol verdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 308-ci maddəsi ilə 109 nəfərə inzibati protokol tərtib edilib, bunun nəticəsində dövlət nəfinə 4251 manat pul ödətdirilib.

Həmçinin ötən il müəyyən edilmiş 34 qurbandan 27-si sığınacağa yerləşdirilib, onların əksəriyyəti cəmiyyətə reinteqrasiya olunub, qurbanların hamısına hüquqi, tibbi və psixoloji yardımlar göstərilib. İnsan alveri qurbanlarının uşaqlarından 2-si internat məktəbinə, 5-i isə uşaq bağçasına yerləşdirilib. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən insan alverindən zərər çəkmiş 30 nəfərə reinteqrasiya dövründə birdəfəlik müavinətlər, 5 nəfərə isə İnsan alveri qurbanlarına Kömək Fondundan yardımlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR