Bank Of Baku

Bakıda abituriyentlərin çoxu Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinə qəbul olunub

Bakıda abituriyentlərin çoxu Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinə qəbul olunub
# 02 mart 2011 10:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Bakı şəhərində 2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirib. APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, 2010-cu ildə Bakının orta ümumtəhsil məktəblərini 22449 şagird bitirib, onlardan 20748 nəfəri attestat alıb. Şəhərin 8475 məzunu, yəni imtahanlarda iştirak edənlərin 45 faizi tələbə adını qazanıb. Onlardan 36 faizi dövlət, 0,80 faizi (68 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 49,97 faizi dövlət, 13,23 faizi özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.
Şəhərin məzunlarının 2060 nəfəri 500-dən, o cümlədən 550 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinə qəbul olub. Şəhərin abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 264.473-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 14,1% yuxarıdır.
Bakının abituriyentlərinin 19,74 faizi 0-100, 20,38 faizi 100-200, 20,94 faizi 200-300, 28,01 faizi 300-500, 10,94 faizi 500-dən yuxarı bal toplayıb. Şəhərin əlaçı abituriyentlərinin 3,85 faizi 200 baldan aşağı nəticə göstərib.

M. Abbaszadə deyib ki, Bakıda Azərbaycan bölməsinin abituriyentlərinin bütün imtahan fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricilərdən yuxarıdır. Abituriyentlərin qəbul imtahanlarında topladıqları orta bal 258.643-ə bərabərdir ki, bu da respublika üzrə orta göstəricidən 14,3 faiz yuxarıdır.
Rus bölməsində isə kimya, tarix, ingilis dili fənləri üzrə göstəricilər respublika üzrə ən yüksək göstəriciyə bərabərdir. Abituriyentlərin qəbul imtahanlarında topladıqları orta bal 285.426-ya bərabərdir ki, bu da respublika üzrə orta göstəricidən 3,6% yuxarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR