Bank Of Baku

BDU-nun iki yataqxanasında məskunlaşan məcburi köçkünlər üçün binaların tikintisinə bu il başlana bilər

BDU-nun iki yataqxanasında məskunlaşan məcburi köçkünlər üçün binaların tikintisinə bu il başlana bilər
# 02 mart 2011 11:24 (UTC +04:00)
Bu əlavələr 8 bənddən ibarətdir. Orada həm məcburi köçkünlərin yataqxanalardan köçürülməsi, həm Bakıda 1992-93-cü illərdə boş mənzillərdə məskunlaşan məcburi köçkünlərin mənzillərinin boşaldılması və bu yolla problemin həlli, Bakıda tikintisi yarımçıq qalan Təcili Yardım Stansiyasından 700-dən çox ailənin köçürülməsi nəzərə tutulur. Bu tədbirlər nəticəsində 5 il ərzində 10 minə qədər ailənin köçürülməsi planlaşdırılır”. APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

Ə. Həsənov deyib ki, əgər bu proqramın icrası müddətində Qarabağ problemi ilə bağlı aparılan sülh danışıqlarında dəyişiklik baş versə, proqramın icrası dayandırılacaq və bu məsələlərə yenidən baxılacaq.
Baş nazirin müavini onu da deyib ki, bu il ərzində Ağcabədi rayonunda “Taxta körpü” adlanan ərazidə Laçın rayonundan olan məcburi köçkünlər üçün 600 mənzildən ibarət yeni qəsəbənin salınmasına başlanıb və tikinti 3-4 aya başa çatdırılacaq. Məcburi köçkünlər üçün Mingəçevirdə 15 mərtəbəli yaşayış binasının tikintisinə də başlandığını deyən Ə. Həsənov qeyd edib ki, bu ilin fevralında Goranboyda 3 beşmərtəbəli binanın açılışı olub. Həmin ərazidə 9 əlavə beşmərtəbəli binanın tikintisinə isə yaxın zamanlarda başlanacaq. Onun sözlərinə görə, bununla da Naftalan şəhərində yaşayan bütün məcburi köçkünlər, yəni 500-ə qədər ailə bu ilin sonunda həmin əraziyə köçürüləcək. Komitə sədri deyib ki, əgər vəsait imkan versə, bu il Bakı Dövlət Universitetinin iki yataqxanasında məskunlaşan məcburi köçkünlər üçün də binaların tikintisinə başlana bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR