Bank Of Baku

Əli Həsənov: “1991-ci ildən Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 3,5 milyard dollar vəsait sərf olunub”

Əli Həsənov: “1991-ci ildən Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 3,5 milyard dollar vəsait sərf olunub”
# 02 mart 2011 11:43 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Gənclər Təşkilatları Milli Şurasının üzvləri ilə bu gün keçirdiyi görüşdə bildirib.

Ə. Həsənov deyib ki, bu vəsaitin 1,5 milyardı Neft Fondunun vəsaiti, 820 milyonu isə beynəlxalq humanitar təşkilatların hesabına olub: “İlham Əliyevin prezidentliyi dövründə məcburi köçkünlər üçün müasir tipli 67 qəsəbə tikilib. Həmin qəsəbələrə 20 min məcburi köçkün ailəsi, başqa sözlə 100 min əhali köçürülüb. Bu qəsəbələrdə müasir tipli 126 məktəb binası tikilib”.

Ə. Həsənov bildirib ki, məcburi köçkünlər üçün tikilən qəsəbələrin 70-80 faizi Ağdam-Füzuli ərazisindədir: “Bu, məqsədyönlü şəkildə belə edilir ki, gələcəkdə köçürülmə baş verəndə problemlər yaranmasın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR