Bank Of Baku

Ədliyyə naziri Fikrət Məmmədov Xorvatiya Ali Məhkəməsinin sədrini qəbul edib

Ədliyyə naziri Fikrət Məmmədov Xorvatiya Ali Məhkəməsinin sədrini qəbul edib
# 02 mart 2011 12:34 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Xorvatiya Ali Məhkəməsinin sədri Branko Hrvatinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və Xorvatiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını qeyd edən nazir iki dövlətin məhkəmə və ədliyyə orqanları arasında əlaqələrin genişləndirilməsi üçün bu səfərin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

B. Hrvati isə Xorvatiya məhkəmə sistemindən və mövcud problemlərdən danışaraq Azərbaycanla müqayisədə hakimlərin 8 dəfə çox olmasına baxmayaraq Xorvatiya məhkəmələrində baxılan işlərin sayının hədsiz dərəcədə yüksək olduğunu bildirib.

Görüşdə əməkdaşlığın prioritetləri, o cümlədən inzibati ədliyyə, hakimlərin müstəqilliyi, toxunulmazlığı və məsuliyyəti, ilkin və davamlı tədrisin əhəmiyyəti, məhkəmə-hüquq şuralarının fəaliyyəti və digər məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR