Bank Of Baku

Səhiyyə Nazirliyinin mütəxəssisləri 16 şəhər və rayonda tibbi xidmətlə bağlı mübahisəli məsələləri yerində araşdıracaq

Səhiyyə Nazirliyinin mütəxəssisləri 16 şəhər və rayonda tibbi xidmətlə bağlı mübahisəli məsələləri yerində araşdıracaq
# 02 mart 2011 12:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyinin mütəxəssislərinin tibb müəssisələrinə təhkim olunması haqqında yeni əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu əmr nazirliyin mütəxəssislərinin Bakının tibb müəssisələrinə təhkim olunması haqqında O. Şirəliyevin bir necə gün bundan əvvəl verdiyi əmrin davamı olaraq imzalanıb.

Əmrin imzalanmasında məqsəd respublikanın şəhər və rayonlarında əhaliyə tibbi yardımın göstərilməsi ilə bağlı yaranan mübahisəli məsələlərin yerində araşdırılmaq və həllini təmin etməkdir. Əmrə əsasən, nazirliyin işçiləri respublikanın 16 iri şəhər və rayonlarına ezam olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR