Bank Of Baku

Tatarıstan prezidenti İşərişəhərlə tanış olub - FOTO

Tatarıstan prezidenti İşərişəhərlə tanış olub - <font color=red>FOTO</font>
# 02 mart 2011 12:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov Azərbaycana rəsmi səfəri çərçivəsində İçərişəhərdə olub. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, R. Minnixanov İçərişəhərlə tanışlığa bir neçə min illik tarixə malik Qız Qalası abidəsini ziyarət etməklə başlayıb. Daha sonra yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin (“Bazar Meydanı”) ərazisində yenidən təşkil olunmuş ekspozisiya R. Minnixanovun marağına səbəb olub. R. Minnixanovun İçərişəhərlə tanışlığı dünya əhəmiyyətli tarixi abidə olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə davam etdirilib, kompleksin tərkibinə daxil olan abidələr və memarlıq-inşaat xüsusiyyətləri haqqında məlumat qonağın diqqətinə çatdırılıb. Miniatür kitab muzeyində olan qonaq daha sonra dünya əhəmiyyətli abidə olan Məhəmməd Məscidinə gəlib və burada yenicə yekunlaşmış muzey-konservasiya işləri ilə tanış olub. Qonaq “Kiçik Karvansara” abidəsində yerləşən Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”ında sərgilənən rəsm əsərlərinə baxıb, İçərişəhərin Fəxri Qonaqlar Kitabında ürək sözlərini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR