Bank Of Baku

Əli Həsənov: “Məcburi köçkünlər özləri üçün iş yeri, xidmət sahəsi yaradıbsa, işlətdiyi elektrik enerjisinin haqqını özü ödəməlidir”

Əli Həsənov: “Məcburi köçkünlər özləri üçün iş yeri, xidmət sahəsi yaradıbsa, işlətdiyi elektrik enerjisinin haqqını özü ödəməlidir”
# 02 mart 2011 13:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Məcburi köçkünlərin bir qisminin “çörəkpulu”nun kəsilməsi ilə bağlı təlimat hazırlanıb, təsdiqlənib və yanvarın 1-dən qüvvədədir. Bununla bağlı müəyyən narazılıq yaranmışdı, biz bu narazılıqları aradan qaldırdıq”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə aşıqlamasında bildirib.

Komitə sədri deyib ki, müzakirələrdən sonra 2011-ci il yanvarın 1-dək digər rayonlardan olan qadınlarla ailə qurmuş məcburi köçkünlərin həmin tarixədək doğulan övladlarına “çörəkpulu” verilməsinin kəsilməməsi qərara alınıb: “Hesablamamıza görə, təxminən 40 minə yaxın şəxs bu siyahıdan çıxarılmalı idi. Məcburi köçkünlər müraciət etdilər və biz güzəştli addım atmağa qərar verdik. Belə qərara gəlindi ki, yanvarın 1-nə qədər anadan olan uşaqlar bu müavinəti alsınlar. Yanvarın 1-dən sonra anadan olanlara isə bu müavinətlər şamil edilməyəcək”.

Komitə sədri yerlərdə məcburi köçkünlərin kommunal xidmətlərə görə incidilməsinə də münasibət bildirib: “Məcburi köçkünlər kommunal xidmətləri ödəməkdən tam azaddırlar. Yerlərdə məcburi köçkünlər bununla bağlı incidilirsə, bu, məmurlar tərəfindən qüsur hesab edilməlidir. Bu, baş verməməlidir. Çünki ölkədə mövcud olan bütün məcburi köçkünlər tam şəkildə dövlətin təminatındadır. Onların elektrik enerjisi, qaz, su və digər xidmətlərdən istifadəsinin haqqı mərkəzləşmiş qaydada dövlət tərəfindən ödənilir. Bir ildən çoxdur ki, Mingəçevir və Gəncə şəhərlərində məcburi köçkünlərin işlətdiyi elektrik enerjisinə elektrik sayğacları qoyulub. Bir kart belə açılmayıb. Hətta orada elektrik enerjisinin ehtiyatı da qalıb, hər ay biz bu ehtiyatın qeydiyyatını aparırıq. Hesab edirik ki, 150 kilovat enerji bir ayda bir məcburi köçkün üçün kifayət edir. Əgər məcburi köçkünlər özləri üçün iş yeri, xidmət sahəsi yaradıbsa, işlətdiyi elektrik enerjisinin haqqını özü ödəməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR