Bank Of Baku

“Yaz süjetləri” adlı fotomüsabiqə elan olunub

“Yaz süjetləri” adlı fotomüsabiqə elan olunub
# 02 mart 2011 13:12 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi Rusiyanın Azərbaycandakı səfirliyinin iştirakı ilə “Yaz süjetləri” adlı həvəskar foto müsabiqəsi elan edib. Mərkəzdən APA-ya verilən məlumata görə, müsabiqə 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz Bayramına həsr olunub.

Müsabiqədə iştirak etmək istəyənlər martın 15-nə kimi mərkəzə öz işlərini təqdim edə bilərlər. Fotomüsabiqənin qalibləri xatirə hədiyyələri və diplomlarla təltif olunacaqlar. Ən maraqlı işlər müəlliflərin razılığı ilə Rusiyada və beynəlxalq səviyyəli müsabiqələrdə iştirak hüququ qazanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR