Bank Of Baku

Əlil Yeniyetmə və Gənclərin Respublika Yaradıcılıq Festivalının açılış mərasimi keçirilib - FOTO

Əlil Yeniyetmə və Gənclərin Respublika Yaradıcılıq Festivalının açılış mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 02 mart 2011 13:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunan Əlil Yeniyetmə və Gənclərin Respublika Yaradıcılıq Festivalının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbiri açan gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, fiziki cəhətdən qüsurlu yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyası Azərbaycan hökuməti üçün vacib məsələlərdən biridir. Onun sözlərinə görə, bu məqsədlə hökumət hər il davamlı layihələr həyata keçirir. Sonra fiziki qüsurlu uşaqların və Azərbaycan estradasının tanınmış nümayəndələrinin ifasında konsert proqramı nümayiş olunub.

Qeyd edək ki, festival çərçivəsində əlil yeniyetmə və gənclərin istedadlarının üzə çıxarılması üçün 5 istiqamətdə müsabiqə keçiriləcək. İştirakçıların əl işlərindən ibarət sərgidə nümayiş olunan əşyaların satışı da təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR