Azərbaycanda “Özünədəstək” ünvanlı sosial yardım proqramı layihəsinin sınaqdan keçirilməsinə başlanılıb
Nazirliyin yoxsulluq problemləri və sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov APA-ya bildirib ki, layihədə iştirak üçün Vahidli kəndinin seçilməsinin əsas səbəbi bu kəndin Ermənistanla həmsərhəd yerləşməsidir.
Onun sözlərinə görə, layihə çərçivəsində dövlət büdcəsindən ayrılmış vəsait hesabına ailəyə təyin edilmiş ünvanlı sosial yardımın təxminən bir illik məbləği miqdarında birdəfəlik yardım veriləcək.
N.Qasımov deyib ki, 12 ay ərzində 3 ayda bir dəfə olmaqla ailələrdə layihənin monitorinqi həyata keçiriləcək. Monitorinqin keçirilməsində kənd ərazisində yaradılacaq Şura üzvləri və digər təşkilatların nümayəndələri iştirak edə bilər. Monitorinqin nəticələrinin qiymətləndirilməsi zamanı layihədə iştirak edən ailələrin mövcud vəziyyətinə uyğun layihədən kənarlaşdırılmasına və yaxud yeni il üçün əlavə dəstəyin verilməsinə qərar veriləcək.
Monitorinqin nəticələrinə görə, 1 ailə proqramda 1 il iştirak edəcək. Zərurət yaranarsa, bu müddət 6 və ya 12 ay uzadıla bilər.
Yeni layihədə iştirak edəcək ailələr kənd ərazisində yaradılacaq Şura tərəfindən Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim edilmiş meyarlar əsasında seçiləcək. Şuranın tərkibi kənd icra nümayəndəliyinin, bələdiyyənin nümayəndələri, ağsaqqallar və seçiləcək fəaliyyət növündən asılı olaraq mütəxəssislərdən ibarət olacaq. Şuranın işində müşahidəçi qismində ƏSMM-in, QHT-lərin, KİV-in, həmkarlar təşkilatlarının və digər təşkilatların nümayəndələri də iştirak edə bilər. Şura ailənin planını ƏSMM-ə təqdim edəcək. Nazirliyin komissiyası müzakirələrdən sonra müvafiq qərar qəbul edəcək.
“Özünədəstək” proqramında ilkin olaraq ünvanlı sosial yardım alan ailələr iştirak edəcək. Seçim zamanı uşaqlı ailələrə üstünlük veriləcək: “Proqramda iştirak etmək üçün ailələrin bəzi əmlaklarının olması da tələb olunur. Məsələn, mal-qara saxlamaq üçün tövlə, tərəvəz becərmək üçün münasib torpaq sahəsi və s. Ailə bu proqramda iştirak etmək istəyirsə, seçilmiş fəaliyyət növü ilə məşğul olmaq üçün əmək qabiliyyətli üzvünün olması vacibdir. Ailənin kredit borcu olarsa, proqram çərçivəsində aldığı pulu ora yönləndirə bilər”.
N.Qasımovun sözlərinə görə, Vahidli kəndində bu layihəyə 15 ailənin cəlbi nəzərdə tutulur. Apreldən isə daha üç pilot rayonda - İsmayıllı, Masallı və Qubada bu layihənin sınaqdan keçirilməsinə başlanacaq. Bu rayonların hər birindən 20 ailə olmaqla ümumilikdə 60 ailə layihədə iştirak edəcək.
Sosial
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
Xəbər Lenti
Ərdoğan: Türkiyə Pakistanla ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı hədəfləyir
ABŞ-la İran nümayəndə heyətlərinin növbəti görüşünün tarixi və yeri məlum olub
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini qüvvədə saxlayıb
Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarılıb - YENİLƏNİB-2
İsmayıllıda maşın betona çırpılıb, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb
İstanbul-Mineralnıye Vodı reysi qəza siqnalı verib, təyyarə geri qayıdıb
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Şuşaya dolu düşüb - FAKTİKİ HAVA
“The New York Times”: İran lideri danışıqların əleyhinə olub, Pezeşkian onu razı salıb
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Laçına dolu düşüb - FAKTİKİ HAVA
Cevdet Yılmaz: Pakistanın ABŞ-la İran arasında vasitəçi rolunu yüksək qiymətləndiririk
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
Masazırda yük maşını yanıb - VİDEO
İmişlidə zəlzələ olub
Səfirlik: Heydər Əliyev Mərkəzinin ABŞ bayrağının rəngləri ilə işıqlandırılmasını minnətdarlıq hissi ilə qarşıladıq
Yasamalda evdə partlayış olub, 16 yaşlı yeniyetmə ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Bakıda motosikletinin təmiri üçün eyni markalı motosikleti oğurlayan şəxs saxlanılıb
“The National Interest”də İran-ABŞ müharibəsi fonunda Azərbaycanın Orta Dəhlizin roluna təsirindən bəhs edilib
Sabahın hava proqnozu açıqlanıb
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib
Yasamalda 46 kq narkotik dövriyyədən çıxarılıb
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
ADB: Bakı metrosu sərnişin tutumunu artırmaqla karbon emissiyasını 70 min ton azalda bilər
AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlanıb - VİDEO
Tramp Xameneinin dəfn mərasimi üçün İrana bir həftə möhlət verdiyini açıqlayıb
"Bitcoin"in qiyməti 62 min dolları ötüb
Azərbaycan XİN ABŞ-ı Müstəqillik Günü münasibətilə təbrik edib
Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub
Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
Allahşükür Paşazadə Özbəkistana səfər edəcək
Dövlət başçısı: Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar
Sumqayıtda 20 yaşlı qadın çimərlikdə boğulub
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
Qaradağda başına dəmir düşən kişi ölüb
Ötən gün bağlı qapı arxasında qalan 2 nəfər xilas edilib, 1 nəfərin meyiti tapılıb
Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib - VİDEO
Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olub
Rusiya HHM qüvvələri gecə ərzində 389 Ukrayna PUA-sını vurub
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb
Neftin qiyməti 72 dolları ötüb
Fransa Hörmüz boğazında təhlükəsizliyi gücləndirmək üçün hərbi qüvvələr göndərib
DÇ-26: Kolumbiya 1/8 finala yüksəlib