Bank Of Baku

Gənclər Təşkilatları Milli Şurasının üzvləri Baş nazirin müavini Əli Həsənovla görüşüblər

Gənclər Təşkilatları Milli Şurasının üzvləri Baş nazirin müavini Əli Həsənovla görüşüblər
# 02 mart 2011 14:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) rəhbərliyi və Şuraya üzv təşkilatlar Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüblər. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ə. Həsənov Azərbaycan gənclərinin qarşısında duran əsas məsələnin Dağlıq Qarabağ münaqişəsi olduğunu diqqətə çatdırıb. Ə. Həsənov deyib ki, problemin həlli ilə bağlı ölkə prezidenti ilə yanaşı, hər bir vətəndaş da çalışmalıdır: “Təəssüf ki, bu gün bu problem ümumxalq probleminə çevrilməyib. Elə dövlət məmurları var ki, qaçqın, məcburi köçkün görəndə onları allergiya tutur. Bəyəm bu, təkcə prezidentin problemidir? Nə qədər ki, bu, 9 milyonluq əhalinin hər birinin probleminə çevrilməyib, problem həll olunmayacaq”.

Ə. Həsənov gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıb: “Gənclərimiz Avropa adət-ənənələrinə bəzən çox uyurlar. Amma onlar milli hissləri də itirməməlidirlər”.

GTMŞ sədri Fuad Muradov isə bildirib ki, gənclər Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına həmişə hazırdırlar: “Milli Şura dövlət gənclər siyasətinin həyata keçirilməsində aktiv rol oynayır. Azərbaycan gəncləri daim yeniliyə doğru can atır və dövlətimiz də buna şərait yaradır. Hazırda əsas problemimiz ərazi bütövlüyünün pozulmasıdır. Bu məsələdə biz bütün səylərimiz ortaya qoymalıyıq”.

Qeyd edək ki, Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə bundan əvvəl Prezident Administrasiyası, Konstitusiya Məhkəməsi, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin rəhbərləri və digər dövlət qurumları ilə gənclərin görüşü keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR