Bank Of Baku

Xaçmazda korrupsiyaya qarşı mübarizəyə həsr olunan geniş zona müşavirəsi keçirilib

Xaçmazda korrupsiyaya qarşı mübarizəyə həsr olunan geniş zona müşavirəsi keçirilib
# 02 mart 2011 15:08 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Xaçmaz rayonunda şimal bölgəsinin ədliyyə orqanlarının iştirakı ilə korrupsiyaya qarşı mübarizəyə həsr olunan geniş zona müşavirəsi keçirilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə ədliyyə nazirinin müavini Vilayət Zahidov çıxış edərək, regionların hərtərəfli inkişafını əngəlləyən korrupsiya hallarının qarşısının alınmasının labüdlüyünü vurğulayıb. Diqqətə çatdırılıb ki, xüsusi yaradılan monitorinq qrupları tərəfindən tabe qurumlarda yoxlamalar aparılıb, aşkar olunan problemlər yerində həll olunub.

Müşavirədə əhalinin birbaşa təmasda olduğu məhkəmə qərarlarının icrası, qeydiyyat və notariat sahəsində işin düzgün təşkili və nizam-intizamın möhkəmləndirilməsi və mövcud nöqsanların aradan qaldırılması üzrə ciddi tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR