Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə 44 müraciət daxil olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə 44 müraciət daxil olub
# 03 mart 2011 08:10 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə (439-18-63, 438-13-35) yanvar ayı ərzində 44 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yaşıllıqların mühafizəsi ilə əlaqədar 36, havadan gələn kəskin qoxu ilə bağlı 2, məişət tullantılarının qalaqlanması ilə bağlı 3, yerin təkindən istifadə ilə əlaqədar 2, səs-küylə əlaqədar isə 1 müraciət edilib.

Yaşıllıqların mühafizəsi ilə əlaqədar daxil olmuş müraciətlərdən 29-u araşdırılıb və qanuna müvafiq tədbirlər görülüb, 7 müraciət isə öz təsdiqini tapmayıb. Havadan gələn kəskin qoxu, məişət tullantılarının qalaqlanması, yerin təkindən istifadə, səs-küy ilə əlaqədar daxil olmuş 8 müraciət də öz təsdiqini tapmayıb və həmin ərazilər nəzarətə götürülüb.

Nazirlikdən o da bildirilib ki, müraciətlərin əksəriyyəti araşdırılarkən şikayətçilər iştirakdan imtina edib. Araşdırma zamanı onların şəxsi qərəzlik zəminində şikayət etdikləri məlum olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR