Bank Of Baku

«Bakcell» şirkəti növbəti xeyriyyə aksiyası keçirir - FOTO

«Bakcell» şirkəti növbəti xeyriyyə aksiyası keçirir - <font color=red>FOTO</font>
# 03 mart 2011 10:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti «Bakcell Stars» Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində uşaqlar üçün növbəti tədbir keçirib. «APA-Economics» xəbər verdiyi kimi, «Azərbaycana birgə yardım» (UAFA) təşkilatı ilə birgə hazırlanan, «Mənim əlvan arzularım» adlanan tədbirdə əlilliyi olan uşaqların rəsm və foto sərgisi nümayiş olunub, uşaqların ifasında rəqs və tamaşa təqdim olunub.

Tədbirin sonunda «Bakcell» UAFA-nın əlilliyi olan uşaqlara yönəlmiş layihəsinin davam etdiriməsinə dəstək məqsədi ilə SMS kampaniyası elan edib. İki həftə davam edəcək kampaniyada «Bakcell» abunəçiləri 1155 nömrəsinə SMS göndərib və ya həmin nömrədən SMS-ə cavab yazmaqla layihəyə 1 manat və ya 450 kontur bağışlaya bilərlər. Toplanan vəsait bütövlükdə UAFA təşkilatına təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR