Bank Of Baku

Nazir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi korrupsiyaya qarşı mübarizə tədbirlərini daha da gücləndirib”

Nazir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi korrupsiyaya qarşı mübarizə tədbirlərini daha da gücləndirib”
# 03 mart 2011 10:35 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib: “Şəkidən Şamaxıya qədər meşə mühafizə idarələri barəsində çox sərt tədbirlər görülüb. 120 dən çox meşə mühafizəsi işçisi işdən azad olunub. Son kollegiyada 6 nəfər məsul şəxs – milli park direktoru, onun müavini, meşə mühafizəsi idarələrinin rəisləri işdən azad olunub”.
Nazir deyib ki, əhalinin müraciətlərinin şəffaflaşdırması üçün də nazirlikdə
şərait yaradılıb.

H. Bağırov qeyd edib ki, 2010-cu ildə ekologiyaya vurulan ziyana görə 6 milyon manata yaxın cərimə tətbiq olunub, bunun 1,2 milyon manatı ödənilib: “Hazırda qalan cərimələrin ödənilməsi üçün Ədliyyə Nazirliyi ilə birgə iş aparırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR