Bank Of Baku

“Mahir nişançı” atıcılıq turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib

“Mahir nişançı” atıcılıq turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib
# 03 mart 2011 14:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Gənclər və İdman Nazirliyi, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti və Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı əsasında təşkil olunan “Mahir nişançı” atıcılıq turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. APA-nın məlumatına gənclər və idman nazirinin müavini İntiqam Babayev layihənin əhəmiyyətindən danışaraq tələbələrin hərbi bacarıqlarının bu şəkildə artırılmasını təqdir edib.

İ. Babayev deyib ki, turnir Azərbaycanda fəaliyyət göstərən 22 universitetin 88 tələbəsi arasında keçirilib. Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin sədri, general-mayor Novruzəli Orucov və Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov də layihənin əhəmiyyətindən, bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən bəhs ediblər.

Sonda I, II, III yerləri tutmuş Azərbaycan Dövlət Dillər, Müəllimlər, İqtisad universitetlərinin 12 tələbəsi mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR